AZ

BİZİM TƏQVİM: 18 dekabrda baş vermiş tarixi hadisələr

1412-ci ildə Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub edib.

Bəs, dekabrın 18-də dünyada daha nələr olub?


1. 18 dekabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ-da quldarlığa rəsmi olaraq son qoyuldu. Köləliyə icazə verən bütün nizamlamalar federal qanunlardan çıxarıldı.

2. 18 dekabr 1917-ci ildə Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanır.

3. 1940-ci ilin 18 dekabrında Hitler SSRİ-yə hücum barədə “Barbaros planı”nı təsdiq edir.

4. 18 dekabr 1946-cı ildə Beynəlxalq Valyuta Fondu (İMF) fəaliyyətə başlayır.

5. 1953-cü ilin bu günündə dünyada ilk rəngli televiziya yayımı həyata keçirilir.

6. 18 dekabr 1956-cı ildə Yaponiya BMT-yə üzv olub.

7. 18 dekabr 1954-cü ildə Kiprdə Yunanıstana birləşmə (ENOSİS) tərəfdarlarının Türkiyə və İngiltərə əleyhinə nümayişlərinə ingilis əsgərləri müdaxilə etdi. Hadisə nəticəsində 2 nəfər yaralandı, 22 nümayişçi saxlanıldı.

8. 18 dekabr 1969-cu ildə ABŞ-ın 6-cı donanması Türkiyəyə gəldi. İzmir limanı sahillərində lövbər salan donanmaya qarşı etiraz nümayişlərinə başlandı, quruya çıxan ABŞ əsgərləri nümayişçilər tərəfindən döyüldü.

9. 18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.

10. 18 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp ölkəsinin yeni təhlükəsizlik strategiyasını bəyan etdi. ABŞ, Çin və Rusiyanı rəqib, İran və Şimali Koreyanı isə düşmən olaraq xarakterizə etdi.

Dekabrın 18-də bu şəxsiyyətlər xatırlanır:

1. 18 dekabr 1878-cı ildə SSRİ lideri İosif Stalin dünyaya gəlib.

2. 18 dekabr 1921-ci ildə SSRİ Xalq artisti, aktyor, sirk ustası Yuri Nikulin (1921 – 21.8.1997) anadan olub. Çəkildiyi filmlər: “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.

3. 18 dekabr 1928-ci ildə tanınmış xanəndə Qulu Əsgərov (1928 – 11.6.1987) dünyaya gəlib.

Muğam və xalq mahnılarının bənzərsiz ifaçısı olub, opera tamaşalarında Məcnun (Ü.Hacıbəyli – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”) və s. rollarda çıxış edib.

4. 18 dekabr 1930-cu ildə tarix elmləri doktoru, professor Süleyman Əliyarlı (1930 – 16.1.2014)  anadan olub. “Azərbaycan tarixi üzrə qaynaqlar”, “Azərbaycan türklərinin etnogenezi” və s. əsərlərin müəllifidir.

5. 18 dekabr 1934-cü ildə şair, dramaturq, publisist Teyyub Qurban (1934–2018) anadan olub.

6. 18 dekabr 1954-cü ildə tanınmış teatrşünas, rejissor Şaiq Səfərov (1954 – 27.1.2022) anadan olub. Müxtəlif teatrlarda çalışıb, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində yaxından iştirak edib, xaricdə teatr forumlarında ölkəmizi təmsil edib. 

7. 18 dekabr 1957-ci ildə yazıçı, dramaturq, şair, Əməkdar incəsənət xadimi Əyyub Abbasov (1905–1957) vəfat edib. “Zəngəzur” romanı, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir.

Bakı Teatr Məktəbinin direktoru olub.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
15
22
bizim.media

10Mənbələr