“Səhiyyə sistemində aparılan islahatlar prezidentin insanların sağlamlığına olan diqqətinin bariz nümunəsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Murad Mirzəyev deyib.
Onun sözlərinə görə, vətəndaşların ölkənin istənilən bölgəsində tibbi xidmətə əlçatanlığı təmin edilib:
“Son 6 ildə ölkəmizdə TƏBİB-in fəaliyyəti tibbi xidmətlərin təşkili istiqamətində mühüm inkişafa səbəb olub. Tabeliyimizdəki tibb müəssisələrinin rəqəmsallaşması və vətəndaş yönümlü həllərin inkişafı yeni mərhələyə qədəm qoyub”.
Mina Mikayılova