AZ

Rusiyalı generalın qətlinə görə saxlanılanlardan biri Özbəkistan vətəndaşıdır - YENİLƏNİB

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

General Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib.

İstintaq Komitəsindən isə bildirilib ki, saxlanılan şəxs müstəntiqin yanına gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.

10:16

Dekabrın 17-də baş verən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leyhtenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM  APA-ya istinadən xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Ötən gün saxlanılan həmin şəxslər hadisənin sifarişçilərinin adlarını da açıqlayıb.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
 

Seçilən
22
3
operativmm.az

3Mənbələr