“Səhiyyə nazirliyinə həm özəl, həm də dövlət xəstəxanalarından şikayətlər daxil olur. Məhkəmə predmeti olan kifayət qədər şikayətlər olur. Hansı ki qanunvericiliyin həm tibb müəssisəsinə, həm tibb personalına qarşı qoyulan tələblər yerinə yetirilir. Ortalıqda tibbi xidmətin və tibbi yardımın tələblərə, standartlara uyğun göstərilməməsi dayanır. Artıq bu, məhkəmə predmetidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev "Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində panel müzakirələri zamanı deyib.
O bildirib ki, bu mübahisələrin yaranmasına bəzi sahələrdə olan boşluqlar səbəb olur:
"İxtisaslaşmış tibbi yardımın, həm ilkin tibbi yardımın təşkil olunması qaydaları yoxdur. Müəyyən klinik protokollarda boşluq var və bunların üzərində davamlı iş gedir. Bunlar olmadığı təqdirdə məhkəmə predmetinə çevrilən mübahisələr həll olunmaz qalır".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less