AZ

Avtoxuliqanlıq edib görüntülərini paylaşdı: Araşdırmalara başlanıldı

"Sabunçu rayonu, Maştağa qəsəbə sakininin sahibliyində olan VAZ-2105 markalı, 10-EC-357 dövlət qeydiyyat nişanlı avtomobillə törədilən kobud qayda pozuntuları ilə bağlı sosial mediada yayılan görüntülər araşdırılır".

Bu açıqlama Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) hakimiyyet.az-ın sorğusuna cavab olaraq verilib.

"Məsuliyyətdən yayınmaq məqsədi güdərək əsasən qəsəbədaxili yollarda, eləcə də nəzarət-ölçü cihazlarının görünüş dairəsindən kənarda törədilmiş sözügedən qayda pozuntularına hüquqi qiymət veriləcək", - deyə açıqlamada bildirilir.

Əzizə İsmayılova

02:04

Avtoxuliqanlığın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

hakimiyyet.az bu barədə Patrul.az-a istinadən xəbər verir.

Bildirilib ki, yaxın keçmişdə eyni əməli törədərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan 10-EC-357 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilin sahibi avtoxuliqanlıq etdiyi görüntüləri paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

phrase_var_article.chosen
25
4
hakimiyyet.az

5phrase_var_article.sources