AZ

Generalın ölümü ilə bağlı yeni fakt - Rusiya açıqladı

General-leytenant İqor Kirillova qarşı terror aktının icraçısı Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, sözügedən şəxs Moskvaya gələrək, yüksək güclü əldəqayırma partlayıcı qurğu alıb və onu elektrik skuterinə yerləşdirib.

Terror aktını törədən daha sonra hərbçinin yaşadığı ünvanı nəzarətdə saxlamaq üçün avtomobil icarəyə götürüb.

Xatırladaq ki, ötən gün Moskvanın Ryazan prospektində törədilən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirillov və onun köməkçisi həlak olub.

Ölkənin İstintaq Komitəsi generalın ölümünü terror aktı kimi qiymətləndirib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
30
teleqraf.com

1Mənbələr