AZ

AMB-nin emissiya etdiyi notların həcmi 4 dəfədən çox azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) emissiya etdiyi notların həcmi cari ilin ötən dövründə 4.6 dəfədən çox azalıb.

Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər, bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. AMB hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq ilin əvvəlindən sterilizasiya əməliyyatlarının məbləğini kəskin azaldıb. Cari ilin noyabr ayında və dekabrın ötən dövründə 1D AZIR indeksi müvafiq olaraq 7.66% və 7.79% olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Təminatsız bazarda aktivlik yüksək olaraq qalır. Təminatsız pul bazarında baş tutan orta günlük əməliyyatların həcmi noyabrda 627.3 mln.manat, dekabrın ötən dövründə isə 402.3 mln.manat olub.

phrase_var_article.chosen
20
6
fed.az

9phrase_var_article.sources