AZ

Bu ilin 11 ayında 441 min tondan çox metanol ixrac olunub

Bakı, 18 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında Azərbaycandan dəyəri 94,8 milyon dollar olmaqla 441 min ton metanol ixrac olunub. Bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 2 faiz azalma deməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, 2023-cü ilin eyni aylarında ölkədən 450 min ton metanol ixrac olunub, ixracın dəyəri 81,4 milyon dollar təşkil edib.

 

Seçilən
37
2
azertag.az

3Mənbələr