AZ

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Moskvaya səfər edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq dəvət olunarsa, Moskvaya səfər edəcək.

Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Kelloq yanvarda Kiyevə səfər etməyi planlaşdırır. Moskvaya səfərin yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra baş tutacağı gözlənilir.

Mənbənin sözlərinə görə, Rusiyaya səfərdə əsas diqqət hansısa konkret siyasi məqsədlərdən çox məlumat toplamaq olacaq.

Bundan əvvəl məlum olub ki, Keyt Kelloq 2025-ci ilin yanvar ayının əvvəlində Kiyevə səfər edəcək.

Seçilən
36
ikisahil.az

1Mənbələr