AZ

Pezeşkian hökumət rəsmilərini sətr tənqid etdi: "20 milyon litr yanacaq necə itir?"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran Prezidenti Məsud Pezeşkian ölkədə oğurlanan yanacaq məsələsinə görə hökumət nümayəndələrini sərt tənqid edib.
"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
"Bu necə mümkün olur? Özümüzün istehsal edib payladığımız benzin necə olur ki, yoxa çıxır? Ölkədə hər gün 20 milyon litr benzin itir və bununla bağlı heç kim məsuliyyət daşımaq istəmir. Bu oğurluğa görə məni dar ağacından asın!"
M.Pezeşkian bildirib ki, bu hadisənin hökumət rəsmilərinin xəbəri olmadan baş verməsi mümkün deyil. İran prezidenti oxşar problemlərin başqa sahələrdə, o cümlədən su, qaz, elektrik enerjisi sahəsində də baş verdiyini qeyd edib.
Seçilən
10
50
oxu.az

10Mənbələr