AZ

Azərbaycana idxal edilən düyü 14% bahalaşıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub.

"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7% və ya 9505 ton, dəyər baxımından isə 35.4% və ya 16 milyon 378 min dollar çoxdur. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 36 milyon 685 min ABŞ dolları dəyərində 41 min 38 ton düyü gətirilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün 1 tonun orta idxal qiyməti 14% artaraq 1038 ABŞ dollarına bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 910 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.33%-nə bərabər olub.

Seçilən
4
6
ikisahil.az

7Mənbələr