AZ

“Məqsəd rayon əhalisinin tibbi xidməti yaşadığı əraziyə yaxın xəstəxanadan əldə etməsidir”- Vüqar Qurbanov

“Uzun müddətdir ki, regionlarda səhiyyənin inkişafı, tibb müəssisəsilərində kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı işlər görülür. Pilot olaraq qərb bölgəsində bu layihənin icrasına başlayırıq. Əsasən regionlarda cərrahiyyə xidmətlərinin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı layihəyə yanvar ayından başlanacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, regionlara cəlb olunmuş həkim və tibb işçilərinin sosial rifahının təmin olunması ilə bağlı bölgələrin icra hakimiyyəti orqanları ilə danışıqlar aparılır:

"Məqsəd odur ki, regionda yaşayan vətəndaşımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində eldə eləsin. Çox güman ki, gələn ilin altıncı ayında ilkin müsbət nəticələri əldə etmiş olacağıq ".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

phrase_var_article.chosen
44
45
bizim.media

10phrase_var_article.sources