AZ

Ərdoğan Makronla regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacib olduğunu, Fransanın Suriyadakı səfirliyini yenidən açmaq qərarından məmnun olduğunu bildirib.

Türkiyə Prezidenti suriyalı qaçqınların ölkələrinə qayıtması üçün işlərə başlanıldığını, suriyalıların orada qalmalarını təmin edəcək davamlı şəraitin yaradıldığını diqqətə çatdırıb.

Eləcə də yenidənqurma və dirçəliş işlərinin aparılması üçün beynəlxalq ictimaiyyətin əməkdaşlıq etməsi lazım olduğu vurğulanıb.

Mənbə: report.az

Seçilən
18
2
report.az

10Mənbələr