AZ

“Generala qarşı terror aktını Kiyev rejimi sifariş edib” – Kreml

“Rusiyalı general İqor Kirillova qarşı terror aktının sifarişçisi Kiyev rejimidir”.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət və hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma başladıb: “Bu hadisə Rusiyanın xüsusi hərbi əməliyyat çərçivəsində fəaliyyətlərinin düzgünlüyünü bir daha sübut edir”.

Xatırladaq ki, dekabrın 17-də Moskvada yaşayış binasında partlayış zamanı Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub. Rusiyanın İstintaq Komitəsi bildirib ki, partlayıcı qurğu binanın giriş hissəsində olan skuterə yerləşdirilib.

Bu gün Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) hadisəni törətməkdə şübhəli bilinən bir şəxsin saxlanıldığını açıqlayıb.

 

phrase_var_article.chosen
26
1
tribunainfo.az

2phrase_var_article.sources