AZ

Media savadlılığı: “Ağıllı sual insanları ağıllı edir” – FOTO

“Azərbaycanda jurnalistikanın əsas problemi bu istiqamət üzrə mütəxəssis hazırlayan ali məktəblərdədir. Jurnalist birmənalı olaraq analitik və tənqidi təfəkkürə malik olmalıdır. Fəlsəfənin tədris prosesindən sıxışdırılıb çıxarılması jurnalistika sahəsində də mütəxəssis hazırlığına böyük zərbə vurub. Belə bir deyim var: “Ağıllı sual insanları ağıllı edir”. Biz oxuyuruq, ünsiyyət qururuq, müşahidə aparırıq, suallar vasitəsilə mahiyyəti açırıq. Sual verməyin strategiyası öyrədilirmi? Jurnalist metropolitenin keçmiş rəhbəri Tağı Əhmədova sual verir: “Tuneldə qatarda neçə nəfər qalıb? Tağı Əhmədovun “2,5 (iki onda beş) nəfər” deməsi əlbəttə ki, doğru cavabdır”.

Medianews.az xəbər verir ki, bu barədə sabiq deputat, təhsil eksperti Etibar Əliyev media savadlılığından danışarkən bildirib.

Qeyd edib ki, hazırda informasiya resurslarının əksəriyyəti bir-birinə bənzəyir və əsasən xəbər yayımı ilə məşğuldurlar.

Media savadlılığı: <span style=color:red>"Ağıllı sual insanları ağıllı edir" - FOTO

Onun sözlərinə görə, mediada analitik yazılar, esselər, oçerklər yoxa çıxıb: “Belə olan halda hansı jurnalist savadlılığından danışmaq olar. Jurnalist hazırlayan ali məktəblər sadaladığım bacarıqları vermək gücündə deyil. Kimya üzrə Nobel mükafatı laureatı Aziz Sancar Bakıda ona verilən səkkiz sualın altısına cavab vermədi. Söylədi ki, mənim sahəm deyil. Azərbaycanda elmi jurnalistika yox səviyyəsindədir. Elm, təhsil, sənət adamları müsahibəyə gedəndə hazırlaşmalıdırlar. Bizdə isə bu statusda olan şəxslər ya jurnalistlərə sualları özləri göndərir, ya da əvvəlcədən jurnalistdən sualları istəyirlər. Diqqət etsəniz görərsiniz ki, dünya bu istiqamətdə xeyli irəlidədir. Məsələn, Amerika jurnalisti Cim Beqqot kvant fizikasının mühüm problemlərindən biri olan “Hiqqs bozonu”nda kitab yazıb və məşhur “Pulitser” mükafatına layiq görülüb. 100-lərlə belə nümunələr var”.

Media savadlılığı: <span style=color:red>"Ağıllı sual insanları ağıllı edir" - FOTO

E.Əliyev vurğulayıb ki, jurnalist ixtisasına yiyələnənlər universitetin verdiyi təhsillə qətiyyən kifayətlənməməlidirlər: “Elmi populyar ədəbiyyatları oxumalıdırlar ki, söhbət etdiyi şəxslərin potensialını aça bilsinlər. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Con Neşin maraqlı bir fikri var: “Adi adamlar suala cavab verirlər, istedadlı adamların isə sualdan əvvəl cavabları hazır olur”. İstedadlı və maraqlı adamlara elə suallar vermək lazımdır ki, elə sualın özünə cavab versinlər. Sual verməyin fəlsəfəsi barədə ədəbiyyat varmı? Jurnalistika ixtisasının fəaliyyət göstərdiyi ali məktəb müəllimlərinə çox dəyərli bir vəsaiti – yazıçı radio və televiziya aparıcısı, jurnalist, Corc Vaşinqton Universitetində Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə Əlaqələr Məktəbinin direktoru, professor Frenk Sesnonun “Düzgün suallar vermək” kitabını tədrisdə istifadə etməyi məsləhət görürəm”.

Nailə QASIMOVA

Seçilən
34
medianews.az

1Mənbələr