AZ

Politoloq: Rusiya və Azərbaycan arasında səmimi dostluq munasibəti mövcuddur

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. O bildirib ki, artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq. Prezident İlham Əliyev bundan sonra da belə olacağına əminliyini ifadə edib. Dövlət başçısı vurğulayıb ki, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik. 


Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlər yüksək səviyyədə inkişaf edir:

“Bu  hər iki dövlətin mənfəətinə uyğundur. Yəni hər iki dövlətin münasibətlərinin inkişafına həm Azərbaycan, həm də Rusiya kifayət qədər xeyir gətirir. Digər tərəfdən Azərbaycan və Rusiyanın ortaq tarixi əlaqələri mövcuddur. Regional əməkdaşlıq çərçivəsində əlaqələrin inkişafı Cənubi Qafqazda sülh və sabitliyin yaranmasına böyük töhfədir. Azərbaycan və Rusiyanın qonşu dövlətlər olması Moskvada azərbaycanlıların yaşayaraq mühim işlər görməsi iki dövlətin iqtisadi, mədəni əlaqələrinin dirçəldiməsi baxımından xüsusi əhəmiyyətlidir. Hazırda Azərbaycan müharibə dövründən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Rusiya isə yaranan yeni reallıqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı özünün prioritet istiqamətinə çevirdi. İki ölkə arasında inkişaf edən əməkdaşlıq yeni müstəvidən xəbər verir. İlham Əliyevin Rusiya telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də iki ölkə arasındakı əməkdaşlığın yüksələn xətlə irəlilədiyini göstərir. Qarşılıqlı səfərlər, ikitərəfli münasibətlərin daha da yüksəldiməsi istiqamətində atılan addımlar Rusiya və Azərbaycan arasında səmimi dostluğun olduğundan xəbər verir. Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafı üçün geniş şəkildə imkanlar var və hər iki ölkə bu fürsətlərdən yararlanmağa səy göstərir. Sözügedən münasibətlər qarşılıqlı hörmət əsasında formalaşıb”.
phrase_var_article.chosen
17
sherg.az

1phrase_var_article.sources