AZ

Sənədsiz evlərin qeydiyyatı nə vaxt həllini tapacaq? - AÇIQLAMA

"Düşünürəm ki, ilin sonu və ya növbəti ilin əvvəlində bu istiqamətdə qərar qəbul olunacaq".

Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sənədsiz evlərin sənədləşdirilməsi məsələsindən danışarkən deyib.

O bildirib ki, sənədsiz evlərin qeydiyyatı məsələsinin uzun illərdən bəri fərdi yaşayış evləri ilə bağlı yığılıb qalmış problemin həlli istiqamətində çox ciddi təsiri olacaq:

"Bura vətəndaşın qeydiyyatı, əhalinin müəyyən istiqamətlər üzrə hüquqlarının təminatı və s. aiddir. Eyni zamanda, bələdiyyə vergilərinin, mənzil alıq-satqısının rəsmiləşdirilməsi zamanı əqdlərin aparılmasına görə ödənilən rüsumlar, vergilər və s. məsələləri qeyd edə bilərik. Bunun bir çox müsbət tərəfləri olacaq".

(unikal)

Seçilən
28
3
avtosfer.az

4Mənbələr