AZ

"Həqiqi və saxta informasiyanı ayırd etmək asan məsələ deyil"

Mediada tez-tez saxta xəbərlərlə rastlaşırıq. Media sahəsində çalışan şəxslər bu saxta informasiyanı ayırd edə bildiyi halda əhalinin geridə qalanı bəzən çətinliklə üzləşir.

Mövzu iləbağlı Modern.az-a danışan Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət bildirib ki, həqiqi və saxta informasiyanın bir-birindən ayırd edilməsi asan məsələ deyil:

“Xüsusilə də media, jurnalistika sahəsində işləməyən, ali təhsili olmayan, dünya görüşü zəif olan insanlar üçün bunu ayırd etmək həddən artıq çətin məsələdir. Yəni biz media sahəsində olan insanlar təbiidir ki, həqiqi və saxta informasiyaları bir-birindən fərqləndirmək üçün yetərli təcrübə və biliyə sahibik. Yəni biz qarşımıza gələn informasiyanın nə qədər doğru, nə qədər yanlış olduğunu müəyyənləşdirə bilirik. Bunun üçün özümüzün mexanizmlərimiz, üsullarımız, yoxlamaq üçün imkanlarımız var”.

A.Həsrət qeyd edib ki, media ilə heç bir yetərincə dünya görüşü, bu məsələlər haqqında düşüncəsi olmayan insanın saxta və doğru xəbəri ayırd etməsi mümkünsüzdür:

“Belə insanları aldatmaq çox asandır. Ona görə də düşünürük ki, media savadlılığını yüksək səviyyədə tutmaq lazımdır. Bu sadəcə olaraq media sahəsindəki insanlar üçün deyil, geniş auditoriyalar, ümumiyyətlə bütün xalq üçündür. İnformasiya istehlakçısı olan hər kəs üçün media savadlılığının yüksəldilməsi vacibdir. Bu baxımdan Medianın İnkişafı Agentliyi ölkədə media savadlılığı həftəsi elan edib. 2 gündür bu yöndə yetərincə diqqət çəkən tədbirlər də keçirilir. Əlbəttə MEDİA-nın özü də buna çox diqqət ayırır. Dediyim kimi saxta və doğru xəbəri ayırd etmək peşəkarlıq, təcrübə, bilgi tələb edir. Bu da əlbəttə hamıda yoxdur. Bu keyfiyyətlər hamıda olmadığı üçün bundan əziyyət çəkənlərin sayı daha çoxdur. Çünki informasiya ilə işləyən insanlardan fərqli olaraq böyük əhali qrupu bu şeylər haqqında ümumiyyətlə düşünmür, düşünmədiyi üçün də aldadılır.

Qeyd edək ki, 16-22 dekabr tarixləri Medianın İnkişafı Agentliyi tərəfindən "Media Savadlılığı" həftəsi elan edilib.

Seçilən
38
41
modern.az

10Mənbələr