Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 203 milyon 23,14 minABŞ dolları dəyərində 126 min 150,86 ton pambıq ixrac edib.
Trend-in DövlətGömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə,ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 milyon147,6 min ABŞ dolları (34,5%), həcmi isə 50 min 941,05 ton (67,7%)artıb.
Pambıq ixracı ölkənin ümumi ixracının 0,83%-ni təşkil edib.
Bu ilin ilk 11 ayında Azərbaycana 9 milyon 69,62 min ABŞ dollarıdəyərində pambıq idxal edilib ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1 milyon 944,84 min ABŞ dolları (27,3%) çoxdur.
Pambıq idxalı ölkənin ümumi idxalının 0,05%-ni təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan 169 milyon 965,99dollarlıq 113 min 980,51 ton pambıq lifi və 26 milyon 991,45 mindollarlıq 10 min 918,25 ton pambıq iplik ixrac edib.