AZ

Türkmənistan Prezidenti ilk rəsmi səfərini bu ölkəyə etdi

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilk rəsmi səfərini Malayziyaya edib.

Redaktor.az xəbər verir ki, bu barədə rəsmi dövlət agentliyi TDH məlumat yayıb.

Məlumata görə, Berdiməhəmmədov yüksək səviyyəli danışıqları planlaşdırır.

"Türkmənistan və Malayziyanın qarşılıqlı hörmət ənənələrinə əsaslanan dostluq əlaqələri beynəlxalq təşkilatlar, xüsusən də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qeyri-İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla inkişaf edir", - prezident bildirib.

Həmçinin qeyd olunur ki, Asiya-Sakit Okean regionu ölkələri ilə konstruktiv münasibətlərin inkişafı Türkmənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Türkmənistan dünyanın bütün maraqlı ölkələri ilə neytrallıq, sülhpərvərlik, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq qurmaq istəyir.

Türkan İSGƏNDƏRLİ

Seçilən
28
1
redaktor.az

2Mənbələr