AZ

Qəhvə sevənlərə şad xəbər: Ömrü uzadırmış

Yeni bir araşdırma təəccüblü həqiqəti ortaya qoyub.

Turkustan.az xəbər verir ki, araşdırmalar göstərib ki, müntəzəm qəhvə istehlakı ürək-damar və tənəffüs xəstəlikləri kimi ölüm səbəbləri riskini azaltmaqla ömrü orta hesabla 1,8 il uzada bilər.

Həmçinin qəhvənin komponentləri stresə uyğunlaşmanı idarə edərək yaşlanma mexanizmlərini qoruyur. Tədqiqatçılar göstəriblər ki, qəhvə qəbulu yaşlılarda yaddaş itkisi, depressiya və zəiflik kimi problemləri aradan qaldırır.

Mütəxəssislər gündə 2-3 stəkan qəhvə içməyin kifayət olduğunu və həddindən artıq istifadə edilməməsi lazım olduğunu, kofenin ölçülü istehlak edildiyində Parkinson, Alzheimer və 2-ci tip diabet kimi xroniki xəstəliklərin riskini azalda biləcəyini ifadə ediblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
66
2
turkustan.az

7Mənbələr