AZ

ABŞ-də TP-Linkdən istifadə QADAĞAN OLUNACAQ

ABŞ məşhur TP-Link ("Twisted pair link" - Çində yerləşən kompüter şəbəkəsi şirkəti red) kompüter şəbəkəsindən istifadəni qadağan etməyi düşünür.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ hakimiyyəti Amerika bazarının təxminən 65%-ni təşkil edən TP-Link şəbəkəsini qadağan etməyi planlaşdırır.

Oktyabr ayında dərc edilən Microsoft təhlili göstərib ki, Çinə məxsus haker təşkilatı, əsasən minlərlə TP-Linkdən ibarət olan böyük bir təhlükəyə məruz qalmış şəbəkə sistemini əhatə edir.
 

Bu şəbəkə Çinli hakerlər tərəfindən beyin mərkəzlərini, hökumət və qeyri-hökumət təşkilatlarını və ABŞ Müdafiə Nazirliyinin təchizatçılarını hədəf alan kiberhücumlar etmək üçün istifadə edilib.


İndi ABŞ Çin şirkətinin milli təhlükəsizliyə təhdid olub-olmadığını müəyyən etməyə çalışır və onun marşrutlaşdırıcılarını qadağan etməyi düşünür.

Bizim.Media

phrase_var_article.chosen
20
bizim.media

1phrase_var_article.sources