AZ

Zakirov Vüqar Nurlan oğlunun əziz xatirəsinə

Ürəkləri qan etmisən dərin fəzaya düşmüşük.
Bu kainat xərab olub yaman diyara düşmüşük.
Kiçik ziyafətdən gəlib böyük bəlaya düşmüşük.
Sənlə açan hər çiçəyə biz indi elçi düşmüşük.

Qədim zəmanədən gəlib Vüqarlı dağlar aşmışıq.
Səxavətlə, cəsarətlə çox uca dağlar aşmışıq.
Fəqət, indi kor-peşman Vüqara ehsan açmışıq.
Bilən bilir ağır dərtdir biz intizarda qalmışıq.

Asan deyil bu ayrılıq dərin xəyalə dalmışıq.
Fikirləşib ötən çağı ümüd səbaya qalmışıq.
Səba da ki edir nazı aşiqi-xəstə olmuşuq.
Təlx olub əhvalımız hər hali qəmə dalmışıq.

Son Yazılar:

Məzarın üstə güllərin ətrinə heyran olmuşuq.
Solub gedən o ömrünün seyrinə qeybə dalmışıq.
Kaş bir dəfə səni görsək gözləri yolda qalmışıq.
Hər halımız fəğan edir göyləri seyrə çıxmışıq.

Nədəndi bu ayrılığın həsrət acı dözənmirik.
Bu dünyadan o dünyaya sehr ilə gələnmirik.
Gör haçandır biz səninlə heç üz-üzə gələnmirik.
Qoxun otaqlarda qalıb o ətirdən bezənmirik.

Ölüm yetişdi ömrünə dövranə küskün olmuşuq.
Gül üzünü görənmirik həsrətə dustaq olmuşuq.
Hicranın dərdi ağır biz qəmə yoldaş olmuşuq.
Ürəklərin dərdi ağır yolunda xəstə qalmışıq.

Ulu “Şirvan” səbəbindən biz indi ayrı qalmışıq.
Göz yaşımız axıb getdi baxar məzarə qalmışıq.
Əsən külək yaman əsdi qışı baharə qatmışıq.
Görən deyir şəhid oldu təsəlli onda tapmışıq.
Görən deyir şəhid oldu təsəlli onda tapmışıq.

Məmmədli Maarif, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi.

Seçilən
42
viral.az

1Mənbələr