AZ

“Silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb” – Gerasimov

“Dünyada silahlanmaya nəzarət mövzusu keçmişdə qalıb”.

7Times.az  xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov deyib.

O həmçinin Qərbin ikili standartları səbəbindən ölkələr arasında etimadın minimal səviyyədə belə bərpasının mümkünsüzlüyünü qeyd edib:

“Etimad olmadan silahlanmaya nəzarət üzrə işlək mexanizminin yaradılması mümkün deyil”.

Qeyd edək ki, 1987-ci ildə ABŞ və Rusiya arasında “Orta və Yaxınmənzilli Raketlərin ləğvi haqqında” müqavilə imzalanıb.

İki ölkə arasındakı fikir ayrılıqları səbəbindən Rusiya 2019-cu il iyulun 3-də, ABŞ isə elə həmin il avqustun 2-də bu sənəddən çıxdıqlarını bəyan edib.

Rəsmi Vaşinqton bu qərarını daha müasir silah növlərinin, eləcə də yeni çağırışlara cavab verən hava hücumundan müdafiə sistemlərinin yaradılması istəyi ilə əsaslandırıb.

APA

phrase_var_article.chosen
39
2
7times.az

10phrase_var_article.sources