AZ

"Atletiko Madrid"in 16 fanatı həbs EDİLDİ

İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən "Atletiko Madrid" - "Xetafe" oyunundan sonra matçın baş tutduğu "Metropolitano" stadionunun yaxınlığındakı Çin bazarına hücum edən azarkeşləri saxlayıb.

"Unikal" fanat-a istinadən xəbər verir ki, həbs olunan 16 nəfərdən bir neçəsi bazara "Atletiko"nun formasında hücum edərək insanları hədələyib, şüşə vitrinləri sındırıblar. Saxlanılanların 16-25 yaş arası şəxslər olduğu vurğulanıb. Hazırda araşdırmaların davam etdirildiyi bildirilib.

Xatırladaq ki, "Atletiko" - "Xetafe" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

phrase_var_article.chosen
14
50
unikal.az

10phrase_var_article.sources