AZ

Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı - Materiallar prokurorluqda

"Bu ilin yanvar-noyabr aylarında Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 7 audit keçirib, hamısının nəticələri artıq rəsmiləşdirilib".


Qaynarinfo Palataya istinadən xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bu gün Naxçıvan şəhərində keçirilmiş Maliyyə Forumunda bildirib.


 

"Auditlər nəticəsində 32.5 milyon manat vəsaitin pul, natura və əvəzləşmə formasında bərpa edilməsinə dair qərar qəbul olunub. Eyni zamanda, 5 auditin nəticələri üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Həmçinin səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi üçün 5 auditin nəticələri yerli Nazirlər Kabinetinə təqdim olunub", - deyə o qeyd edib.


Sədrin sözlərinə görə, pozuntulara səbəb olan faktların araşdırılması göstərir ki, qurumların daxili nəzarət mexanizmlərində zəiflik var: "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də sahə üzrə kifayət qədər bacarıqlara və biliklərə malik olmaması nöqsanların yaranması ilə nəticələnir. Hesab edirik ki, müxtəlif dövlət orqanlarının, o cümlədən Maliyyə Nazirliyi və Hesablama Palatasının Naxçıvanda dövlət sektoru üzrə sağlam maliyyə idarəetməsinə dəstək göstərməsi vacibdir. Bu, maliyyə intizamının yüksəldilməsinə də səbəb olacaq. Məhz bunlar diqqətə alınmaqla, bu kimi görüşləri, bəzi hallarda işçi qaydada seminarların keçirilməsi üçün təşəbbüsləri dəstəkləyirik", - V.Gülməmmədov deyib.



Seçilən
28
20
qaynarinfo.az

10Mənbələr