AZ

Paçu kollektiv məşqlərə başladı

Bir müddət zədəli olan “Kəpəz”in futbolçusu Paçu Lira sağalaraq kollektiv məşqlərə qoşulub.

Futbolpress.az xəbər verir ki, ötən həftə fərdi halda çalışan hücumçu “Neftçi” ilə oyunu buraxmaq məcburiyyətində qalmışdı. Məşqçilər korpusunun qərarına uyğun olaraq Paçu “Sumqayıt” ilə qarşıdakı matçda oynamaq imkanı əldə edə bilər.

Xatırladaq ki, forvard “Zirə”yə qarşı ev oyununda zədələnərək əvəzlənmişdi.

Seçilən
37
1
futbolpress.az

7Mənbələr