AZ

Rusiyada qatarların çırpılması nəticəsində ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB 4

Rusiyanın Murmansk vilayətində baş vermiş qatar qəzasında ölənlərin sayı ikiyə yüksəlib.

“Far.Az” xəbər verir ki, bunu regionun qubernatoru Andrey Çibis teleqramda açıqlayıb.

“Həkimlər bir neçə sərnişinin həyatı uğrunda mübarizə aparır. Xəstəxanaya gedən yolda qadın sərnişin keçinib. Təəssüf ki, bir neçə dəqiqə əvvəl daha bir sərnişin keçinib”, – region başçısı videomüraciətində bildirib.

Xatırladaq ki, son məlumata görə, hadisədə ölənlər də daxil olmaqla 27 nəfər yaralanıb ki, onlardan 17-si təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb. Qatarda ümumilikdə 326 sərnişin olub.

23:04

Rusiyanın Murmansk vilayətində qatarların bir-birinə çırpılması və relsdən çıxması nəticəsində yaralananların sayı 17-yə çatıb.

“Far.Az” xəbər verir ki, bu barədə TASS-a tibbi xidmətlərdən bildirilib.

“Qatarların toqquşması və relsdən çıxması nəticəsində üç uşaq da daxil olmaqla 17 nəfər xəsarət alıb. Onlardan bir qadın keçinib. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib, daha səkkiz nəfər isə xəstəxanalara yoldadır. İki nəfərin vəziyyəti ağırdır”, – agentliyə deyilib.

20:31

Rusiyanın Murmansk vilayəti yaxınlığında iki qatarın toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:15-də Murmansk vilayətinin Knyajaya stansiyasına çatan zaman 326 sərnişinin olduğu 11 nömrəli Murmansk-Sankt-Peterburq sərnişin qatarı yük qatarı ilə toqquşub.

18:53

Rusiyanın Murmansk vilayəti yaxınlığında iki qatarın toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, TASS bu barədə regionun əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.

18:29

Rusiyanın Murmansk vilayətində yük qatarı sərnişin qatarı ilə toqquşub.

“Far.Az” xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.

"İlkin məlumata görə, bu gün Murmansk - Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə yük qatarı Knyajaya stansiyası ərazisində toqquşub", - məlumatda qeyd olunub.

Vilayətin qubernatoru Andrey Çibisin sözlərinə görə, xilasedicilər hadisə yerinə gedib, həmçinin üç təcili yardım briqadası da göndərilib.

Bildirilib ki, bütün halların araşdırılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işinin əlaqələndirilməsi üçün Kandalakşa nəqliyyat prokuroru Tatyana Çumakova hadisə yerinə gedib.

RJD şirkətindən bildirilib ki, ilkin məlumata görə, sərnişin qatarının üç vaqonu və yük vaqonları relsdən çıxıb. Xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir. Həmin ərazidə hərəkət dayandırılıb.

phrase_var_article.chosen
31
5
far.az

10phrase_var_article.sources