AZ

Almaniyanın silah ixracatı rekord səviyyəyə çatıb

Almaniya hökuməti ilin əvvəlindən dekabrın 17-dək rekord səviyyədə - 13,2 milyard avro dəyərində silah ixracına lisenziya verib. Bu rəqəm ötən il 12,2 milyard avro olub. SİA “Tagesschau” xəbər xidmətinə istinadla xəbər verir ki, ixracatın 8,1 milyard avroluq hissəsini müharibə silahları, 5,1 milyard avrosunu isə digər silahlar təşkil edir.

İxrac həcminin belə yüksək olmasının əsas səbəbi Ukraynada davam edən müharibədir. Bu ölkəyə 8,1 milyard avroluq (62 faiz) hərbi texnika ixrac olunub. Federal hökumət Sinqapura 1,2 milyard, Əlcəzairə 559 milyon, ABŞ-a 298,5 milyon, Türkiyəyə 230,9 milyon, Hindistana 224 milyon avro dəyərində silah ixracına icazə verib.

İxracatın 14 faizi (1,8 milyard avro) Avropa İttifaqı və ya NATO üzvü olmayan üçüncü ölkələrə gedib.

Seçilən
32
13
sia.az

10Mənbələr