AZ

Dünyanın keçmiş bir nömrəsinə vəzifə verildi

Dünyanın keçmiş bir nömrəsi Anjelik Kerber Almaniya Tennis Federasiyasına məsləhətçi təyin edilib.

Azreform.info xəbər verir ki, bu barədə “Sport.de” məlumat yayıb.

O, həm “Billie Jean King Cup” turnirində elit qadınlardan ibarət komandaya, həm də gənc oyunçulara nəzarət edəcək.

“Tennisin mənə verdiyi hər şeyə görə minnətdaram və təcrübəmi gələcək nəslə ötürmək istərdim. Bizim ümumi məqsədimiz var ki, alman qadın tennisini yenidən zirvələrə çatdıraq”, – Kerber deyib.

Kerber 12 sentyabr 2016-cı ildən 2017-ci ilin fevralına qədər uzun müddət tennis dünyasında birinci olub. Üç Böyük Dəbilqə turniri və Rioda bir Olimpiya gümüşü ilə yanaşı, daha on bir WTA turniri qazanıb.

Yayda o, 2024-cü il Olimpiya Oyunlarının dörddəbir finalında mübarizədən kənarlaşdırılıb və karyerasını başa vurduğunu elan edib.(Publika.az)

Seçilən
50
16
azreform.info

10Mənbələr