AZ

Alkoqol bu qaydada içilməlidir  –XƏBƏRDARLIQ

Alkoqol qəbulunu yatmazdan 3 saat əvvəl dayandırmalıyıq.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə həkim Eşvin Şarma xəbərdarlıq edib.

Onun sözlərinə görə, alkoqol əvvəlcə rahatlıq və ya eyforiya hissi yaradır, lakin sonra insanın ürək döyüntüsü artır və narahat edir. Nəticədə bütün bunlar yuxu ilə bağlı problemlərə gətirib çıxarır. Həmçinin, alkoqol əhval dəyişikliyinə, letarjiyə və beyin dumanına səbəb ola bilər.

Nevroloq Stiv Ollder əlavə edib ki, alkoqol tez-tez sidiyə getməyə və susuzluğa gətirib çıxaran sidikqovucudur və yuxunun pozulmasına səbəb ola bilər. Bundan əlavə, alkoqol içkilərin daimi istifadəsi immunitet sistemini xəstəliklərə qarşı həssas edir.

Şarma vurğulayıb ki, alkoqolun təsirini azaltmaq üçün içkilər arasında su içmək lazımdır.

phrase_var_article.chosen
43
medianews.az

1phrase_var_article.sources