AZ

Gerasimovun iddiası yalanlandı – “Çox şişirdir”

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri, ordu generalı Valeri Gerasimov 2024-cü ildə rus ordusu tərəfindən işğal edilmiş Ukrayna əraziləri ilə bağlı məlumatları xeyli şişirdib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Gerasimov dünən bildirib ki, rus qoşunları 2024-cü ildə təxminən, 4500 kvadrat kilometr ərazini ələ keçirib. ISW yalnız 3.306 kvadrat kilometr ərazinin ələ keçirildiyini təsdiqləyib.

Gerasimovun rəqəmləri Rusiya Müdafiə Nazirliyinin kollegiyasının dekabrın 16-da keçirilən iclasında müdafiə naziri Andrey Belousovun daha dəqiq bəyanatları ilə ziddiyyət təşkil edir. Nazir deyib ki, Rusiya qoşunlarının orta gündəlik irəliləmə sürəti təxminən, 30 kvadrat kilometrdir. ABŞ institutunun bununla bağlı rəqəmi gündəlik təxminən 27.96 kvadrat kilometrdir.

Belousov əlavə edib ki, Rusiya Luqansk vilayətinin 99, Donetsk vilayətinin 70, Zaporoje vilayətinin 74 və Xerson vilayətinin 76 faizini ələ keçirib. Bu məlumatlarda da bəzi qeyri-dəqiqliklər var, lakin İnstitutun təxminlərinə yaxındır.

ISW-nin hesablamalarına görə, Rusiya qüvvələri Luqanskın 99, Donetskin 66, Zaporoje və Xersonun 73 faizini işğal edib.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
45
teleqraf.com

1phrase_var_article.sources