AZ

Fərid Hüseynov: "Kapital Bankdan bədən əsaslı şikayətlər olur

Son vaxtlar Mərkəzi Bank ölkədə fəaliyyət göstərən bank teskilatlarinin reytinqini paylaşır. “Kapital Bank” həmişə yaşıl zonada olur. Digər tərəfdən, ən böyük müştəri kütləsi bizdədir, 6 milyona yaxın müştərimiz var. Amma faiz olaraq bankdan şikayətlər çox azdır”.

FED.az xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 11 ayın yekunları və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, müştəri şikayətləri həmişə bank üçün prioritetdir, hər zaman onlardan nəticə çıxarılır:

“Bəzi hallarda müştərler bizim mürəkkəb məhsulları anlamır, o zaman biz onu izah etməyə çalışırıq. Bəzən əsaslı şikayətlər də olur. Bu narahatlıqlar kibertəhlükəsizliklə bağlıdır. Kart kodları ilə bağlı bütün dünyada problemlər var.

Nağdsız dövriyə atdığına görə   dələduzlar da imkanlardan istifadə edir. Yaxud zərərli məlumatları telefonlara yükləyək məlumatların ələ keçirilməsinə səbəb olurlar. Bəzən müştərilərə dələduzlar tərəfindən zənglər gəlir.

Biz çalışırlq ki, həm bank, həm assosasiya, həm DİN tərəfindən bunu insanlara aydın şəkildə başa salaq.

phrase_var_article.chosen
37
fed.az

1phrase_var_article.sources