“Apple”in ağıllı saatları, “Apple Watch”, şirkətin ən uğurlu məhsullarından biri idi. “Apple Watch” modelinin uzun illər ağıllı saat bazarına hakim olduğunu və ən çox satılan məhsul idi. Ancaq bu, indi dəyişdi.

İndex.az xəbər verir ki, “Apple”i ötməyi bacaran brend Çin texnologiya nəhəngi “Huawei” oldu. Şirkət illik satışlarını 44,3% artıraraq, cəmi 23,6 milyon satışa çatmağı bacarıb. Bazar payı 16,9% təşkil edib. “Apple” 22,5 milyon satış və 16,2% bazar payı ilə ikinci yerdə qərarlaşıb.

“Huawei” ilin ilk üç rübündə GT5 ​​və GT5 ​​Pro kimi modelləri təqdim etdi. Bundan əlavə, qan təzyiqi izləmə xüsusiyyətinə malik “Watch D2” də gəldi.

“Apple” ilin ilk üç rübündə liderliyini itirsə də, bütün satışlar nəzərə alındıqda yenə də dünya lideridir. İllərdir yüksək satışlar etdiyini nəzərə alsaq, ümumi cədvəldə “Apple”i keçmək hələlik çətin görünür. Lakin məlumatlar digər markaların həm texnologiya, həm də populyarlıq baxımından ona yaxınlaşmağa başladığının göstəricisidir.

İndex.az ilin ilk 3 rübündə ən çox satılan ağıllı saat markalarını təqdim edir:

Huawei – 23,6 milyon satış
Apple – 22,5 milyon satış
Xiaomi – 20,5 milyon satış
Samsung – 11,5 milyon satış
BBK – 7,8 milyon satış
Digər brendlər – 53,2 milyon satış