AZ

Bələdiyyə seçkiləri: 1053 nəfər imza vərəqələrini MSK-ya təqdim edib

Bələdiyyə

Bələdiyyə seçkiləri ilə əlaqədar bu günə qədər 1053 nəfər imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

"Report"
xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə 6 min 872 nəfərin namizədliyi irəli sürülüb: "Onlardan 350-yə yaxın namizəd qeydə alınıb".

Qeyd edək ki, 2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Seçilən
19
5
reyting.az

9Mənbələr