"Bu ilin ilk 10 ayında “Kapital Bank”ın xalis mənfəəti 206 milyon manat olub".
Valyuta.az xəbər verir ki bunu “Kapital Bank”ın Baş Maliyyə İnzibatçısı Emin Məmmədov Kapital Bankın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
O, bildirib ki, xalis mənfəət il sonuna 240-250 milyon manata çatacağı gözlənilir:
"Bu dövrdə bankın öhdəlikləri 7,2 milyard manat olub. Bunun da, 32%-ni müddətli depozitlər (ötən illə müqayisədə 8% çox), 40 faizi əhalinin depoziti təşkil edib. Müddətli depozitlərin artmasının əsas səbəbi Kapital Bankın depozitlərə yüksək faiz təklif etməsidir".
Əvəz Həsənov