Yelo Bank, sosial məsuliyyət strategiyası çərçivəsində iqtisadiyyatımızın dayanıqlılığı və
ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verən layihələri dəstəkləməyi
prioritet hesab edir.
News24.az xəbər verir ki, bu istiqamətdə atılan növbəti addım UNEC-də keçirilən “Müasir
dövrün trendləri: Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” mövzusunda İqtisadiyyat və
Sosial Elmlər Sahəsində Tədqiqatçıların I Beynəlxalq Konfransına dəstəyi oldu.
Tədbirdə yerli və beynəlxalq tədqiqatçılar yaşıl iqtisadiyyat, dayanıqlı enerji və ekoloji
məsuliyyət kimi mühüm mövzuları müzakirə etdilər. Afrika, Avropa, ABŞ və digər
ölkələrdən qatılan iştirakçılar konfransa müxtəlif məqalələr təqdim edərək, qlobal
problemlərin həlli ilə bağlı bilik və təcrübələrini bölüşdülər.
Bu cür təşəbbüsləri dəstəkləyərək, Yelo Bank Azərbaycanın intellektual və ekoloji
inkişafına töhfə verməyə davam edir və gələcək nəsillər üçün daha yaşıl və dayanıqlı bir
gələcəyin qurulmasına xidmət edir.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!