AZ

Orxan Məmmədov: Əlil şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün xidmətlər mövcuddur

Gənclər ilk növbədə çalışdığı sektoru müəyyən etməlidir. Bu sahədə KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) bir çox dəstək alətləri təqdim edir.

"Operativ Media” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

“Bu dəstəklər vasitəsilə biz gənclərimizə kömək edirik. KOB İnkişaf Mərkəzləri müxtəlif sahələrdə bilik və bacarıqların artırılması ilə bağlı tədbirlər həyata keçirir. Bu xidmətlər tamamilə pulsuzdur.

Gənclərlə yanaşı, qadın sahibkarların inkişafı da olduqca vacib məsələdir. Eyni zamanda, əlil şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dəstək göstərmək mühüm əhəmiyyət kəsb edir. Həmin şəxslər üçün də KOB İnkişaf Mərkəzlərində müəyyən xidmətlər mövcuddur və həmin xidmətlərdən yararlana bilərlər”.

 

 

Seçilən
21
operativmedia.az

1Mənbələr