AZ

Emil Mustafayevin qələbə həsrəti 7 oyuna çatdı - İCMAL

Son günlərdə Ukraynada həm 1-ci turdan təxirə salının iki oyun, həm də növbəti turun “Şaxtyor” – “Vorskla” oyunu keçirildi. Yerli futbol qurumu Donetsk klubu “Bavariya” ilə Çempionlar Liqasının oyununa hazırlaşmaq üçün daha çox vaxt qazansın deyə, belə addım atıb.

Liderlərin – “Aleksandriya” ilə “Dinamo”nun duelində qalib müəyyənləşmədi. Səhv buraxmaq qorxusu oyunun əvvəlindən axırına qədər komandaların üzərində “Domokl qılıncı” kimi asıldı. Onlar böyük qüvvə ilə irəli atılmırdı. Düzdü, müəyyən təhlükəli vəziyyətlər oldu. Onda da qapıçılar işinin öhdəsindən gəldi. Belədə tablodakı 0:0 hesabı sona qədər qorundu. Dekabrın 8-də bu komandalar Kiyevdə artıq 2-ci dövrə çərçivəsində qarşılaşacaq. Təbii ki, mümkün heç-heçə “Şaxtyor”un işinə yarayacaq. Paytaxtdakı qarşılaşmaya qədər turnir cədvəlində ikihakimiyyətlik davam edəcək.
“Rux”un qonağı olan “Polesye” ardıcıl 7-ci oyunda qələbəyə həsrət qaldı. Soydaşımız Emil Mistafayev jitomirlilərin start heyətində yer aldı və 59-cu dəqiqəyə qədər meydanda oldu.

Cümə axşamı 2-ci dövrənin ilk oyununda “Vorskla” ilə qarşılaşan “Şaxtyor” inamlı qələbə qazandı. Artıq ilk yarıda üç qol vuran donetsklilər 2-ci hissəni formallığa çevirdi.

1-ci turdan təxirə salınan oyunlar
Aleksandriya – Dinamo 0:0
Dinamo: Buşan, Vivçarenko, Mixavko, Popov, Tımçik, Brajko, Buyalski, Voloşin, Mixaylenko (Rubçinski, 90), Vanat, Kabayev (Karavayev, 68).
Rux – Polesye 1:1
Karabin, 49 – Qutsulyak, 81.

16-cı turun oyunu
Şaxtyor – Vorskla 3:1
Neverton, 14. Sudakov, 22. Traore, 36 – Nesterenko, 77.
Şaxtyor: Riznık, Azarov (Farina, 90+2), Bondar, Vinisius, Matviyenko, Krıskiv (Pedrinyo, 72), Sudakov (Stepanenko, 72), Qomes (Nazarina, 72), Neverton, Zubkov (Şved, 55), Traore.
1-2. Dinamo, Aleksandriya – 37, 3. Şaxtyor – 33… 5. Polesye – 24… 7. Rux – 20… 11. Vorskla – 16…
Bombardir: Qutsulyak (Polesye) – 9.

phrase_var_article.chosen
21
football-plus.az

1phrase_var_article.sources