AZ

Husilər Təl-Əvivi hipersəs ballistik raketlərlə vurub

Yəmənin Ənsarullah hərəkatına bağlı husilər Tel-Əviv bölgəsindəki İsrail hərbi obyektlərinə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya “Əl Məsirə” telekanalının efirində bildirib.

Hərəkat nümayəndəsinin sözlərinə görə, Təl-Əvivdəki hədəf Yəmən silahlı qüvvələrinin raket qüvvələri tərəfindən hücuma məruz qalıb. Mənbənin məlumatına görə, hücum iki Fələstin-2 hipersəs ballistik raketi ilə həyata keçirilib.

Səriya qeyd edib ki, nəticədə iki mühüm hərbi obyekt vurulub.

Onun sözlərinə görə, Təl-Əvivə raket hücumu İsrailin Yəmənə hücumu ilə eyni vaxtda həyata keçirilib.

phrase_var_article.chosen
9
1
operativmm.az

2phrase_var_article.sources