AZ

Bu şəxslər ƏDV-ni tam geri alacaqlar

"Vergi Məcəlləsi"nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən turistlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.

SeherXeber.org xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə "Tax-free rejimi"ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur.

"Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.

Bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər.

Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir",- deyə V.Bayramov bildirib.

phrase_var_article.chosen
28
49
seherxeber.org

10phrase_var_article.sources