AZ

Bəzi şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq

"Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər"...

Poliqon xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə "tax-free" rejimində ƏDV-nin geri qaytarılması nəzərdə tutulur:

"Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərinin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə, o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.

Bu dəyişiklik, eyni zamanda, tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki yeni dəyişiklikdən sonra turistlərin tibbi xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Eyni zamanda, səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər".

Parlamentarinin sözlərinə görə, sözügedən dəyişikliyqin növbəti aydan qüvvəyə minəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
32
49
poliqon.info

10Mənbələr