AZ

Husilər İsrailin paytaxtını vurdu



Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər hipersəs ballistik raketləri ilə Təl-Əvivdə iki hərbi hədəfə zərbə endiriblər.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təşkilatın hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

Onun sözlərinə görə, zərbə "Fələstin-2" tipli raketlərlə endirilib.

"Yəmən silahlı qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək Yaffo rayonunda (Təl-Əviv) iki mühüm hərbi hədəfə iki "Fələstin-2" hipersəs ballistik raketi ilə zərbə endirib... Əməliyyat uğurla başa çatıb", - husilərin “Telegram” kanalında bildirilib.

Eyni zamanda, İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, dekabrın 19-na keçən gecə Yəməndən Təl-Əviv istiqamətində atılan raket hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.
Seçilən
28
23
newscenter.az

10Mənbələr