AZ

Kibercinayət: bu halda müştərinin pulunu geri qaytarırıq - Kapital Bank

Kiberdələduzluğun qarşısı alınması üçün bankımızda artıq kibertəhlükəsizlik qrupu yaradılıb.

Axar.az xəbər verir ki, bu sözləri "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Cavid Mirzəyev "Kapital Bank"ın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında danışarkən deyib.

O bildirib ki, təhlükəsizliyi qorumaq məqsədilə "Kapital Bank" ölkədə ilklərə imza atıb:

"Bankımızda biznes müştərilərin kart hesabında kibertəhlükəsizliyinə xüsusi nəzarət olunur.

Bu il ərzində 140 000 müştərimiz kiberdələduzluğa məruz qalıb, 200 000-ə yaxın müştərinin isə kart hesabında kiberdələduzluq məqsədilə əməliyyata cəhd olunub. Bu statistikalar 2023-cü ilə nisbətən 2 dəfə çoxdur. Ona görə də kibercinayətlər xüsusi diqqətimizdədir. Hətta, dərhal araşdırıb, müştərinin günahsız olduğunu təyin etdikdə itirilən pulu geri qaytarmağa nail oluruq. Əgər müştəri kart məlumatlarını özü paylaşıbsa və dələduzluğa səbəb olubsa təəssüf ki, bu halda vəsaiti geri qaytara bilmirik.

Qeyd edək ki, "Kapital Bank"ın kibertəhlükəsizlər 2024-cü il ərzində kart məlumatlarını almağa çalışan və təhlükəli hesab edilən 100-ə yaxın saytı, 1000-dən çox sosial şəbəkəni bağlatdırmağa nail olub”.

phrase_var_article.chosen
33
1
axar.az

2phrase_var_article.sources