AZ

Tovuz məktəbində şagirdlərin kütləvi zəhərlənməsi

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri tüstüdən zəhərləniblər. 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Turan-a bildiriblər ki, sözügedən məktəbin 2 sinfində sobadakı tıxanma səbəbindən yaranan tüstülənmə nəticəsində 20 nəfərə yaxın şagird özünü pis hiss edib, təcili tibbi yardıma müraciət olunub. Onların səhhəti diqqət mərkəzindədir. Şagirdlər və müəllimlər təhlükəsiz yerə köçürülüblər.

Tüstülənmənin genişlənməsinin qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, idarədən bildiriblər.

Saat 13:20-ə yaxın 55 nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər təcili və təxirəsalınmaz tibbi yardım, reanimasiya, cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Seçilən
18
turan.az

1Mənbələr