AZ

Somali səfiri: İqlim dəyişmələrinə dair fəaliyyətlə əlaqədar Azərbaycanın mövqeyini yüksək qiymətləndirirəm

Somalinin Azərbaycan üzrə qeyri-rezident səfiri Fathudin Ali Mohamed COP29 konfransının uğurla təşkil edilməsinə və yekunlaşmasına görə Azərbaycanı təbrik edib.

"Far.Az"un Ankara bürosuna müsahibəsində səfir konfransın uğurla keçirilməsini təmin etməsində və qlobal iqlim dəyişmələrinə dair fəaliyyətlə əlaqədar obyektiv müzakirələrin aparılmasında oynadığı mühüm rola görə də Azərbaycanın mövqeyini yüksək qiymətləndirib.

"COP29 konfransının uğurla təşkil edilməsinə və yekunlaşmasına görə Azərbaycan rəhbərliyinə, xalqına ürəkdən təbriklərimi çatdırım. Konfransın uğurla keçirilməsini təmin etməsində və qlobal iqlim dəyişmələrinə dair fəaliyyətlə əlaqədar obyektiv müzakirələrin aparılmasında oynadığı mühüm rola görə də Azərbaycanın mövqeyini yüksək qiymətləndirirəm", - o vurğulayıb.

Səfir qeyd edib ki, onun əsas vəzifəsi iki ölkə arasında diplomatik əlaqələr qurmaq, ticarəti asanlaşdırmaq və xüsusilə gənclər üçün mədəniyyət və təhsil sahəsində əməkdaşlığı təşviq etməkdir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Seçilən
11
far.az

1Mənbələr