AZ

PSJ-nin qapıçısının üzü parçalandı - VİDEO

Məşhur italiyalı qapıçı Canluici Donnarumma 2024/25 Liqa 1 mövsümünün 16-cı turunda keçirilən "Monako" - PSJ oyunu zamanı zədələnib. Oyun dekabrın 18-də II Lui stadionunda keçirilib və qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, oyunun 22-ci dəqiqəsində "Monako"nun müdafiəçisi Vilfrid Sinqo qapıçının üstündən tullanmağa çalışarkən Donnarumma zədələnib. Lakin Sinqo pis yerə düşüb və çəkmələrinin altı qapıçının üzünü yaralayıb.

Donnarumma paltardəyişmə otağında sağ yanağına 10 tikiş atılıb. İnternetdə qapıçının zədəsinin fotosu yayılıb.

Həmçinin, mətbuatda yayılan xəbərlərə görə, Donnarumma baş hakim Fransua Leteksierin Sinqoya qırmızı vərəqə göstərməməsi qərarından narazı qalıb. "Monako"nun müdafiəsi yalnız sarı vərəqə alıb. Qapıçı fasilə zamanı hakimlə görüşməyə çalışıb, amma bu söhbət baş tutmayıb - hakim sadəcə olaraq onun yanından keçib.

PSJ isə açıqlamasında qapıçının üzündə 10 kəsik olduğunu və müayinədən sonra bir neçə gün istirahət etməli olacağını bildirib.

Milli.Az

phrase_var_article.chosen
21
2
milli.az

3phrase_var_article.sources