AZ

NATO 2025-ci ilin yanvarında alyansın hərbi komitəsinin iclasını elan edib

NATO-nun Müdafiə Qərargah Rəislərinin tərəfdaşlarla görüşü 15-16 yanvar 2025-ci il tarixlərində Brüsseldə keçiriləcək.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

“NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə 2025-ci il yanvarın 15 və 16-da Brüsseldə toplaşacaq. NATO komandirləri NATO-nun tərəfdaş ölkələrindən olan 20-dən çox həmkarı ilə görüşəcək”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, görüş zamanı qərargah rəisləri kollektiv müdafiə, Ukraynaya dəstək, eləcə də Qlobal Cənub və Hind-Sakit okean regionu ölkələrində təhlükəsizlik məsələləri ilə bağlı mövzuları müzakirə edəcəklər.

Seçilən
20
aznews.az

1Mənbələr