AZ

ADA Universiteti özünün ilk doktorantura proqramınıvə Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim edib (FOTO)

Bakı. Trend:

ADA Universiteti özünün ilk doktorantura proqramını, ABŞ-ninCorc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktoranturaproqramlarını təqdim edib.

Trend xəbərverir ki, bu münasibətlə dekabrın 19-u baş tutan tədbirdə hər ikiuniversitetin professor-müəllim-tələbə heyəti, yerli və xariciqonaqlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən akademik işlər üzrə prorektor ElkinNurməmmədov və İnformasiya Texnologiyaları və Mühəndislikfakültəsinin dekanı Abzətdin Adamov yeniproqramların elanını ADAUniversiteti tarixində əlamətdar hadisə kimi qiymətləndiriblər.

ADA Universitetinin ABŞ-dəki Mərkəzinin prezidenti Qalib MəmmədADA Universitetinin yeni təşəbbüslərinin gələcək elmi-pedaqojiheyətin hazırlanması məqsədi daşıdığını söyləyib. O bildirib ki,ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə əməkdaşlığınövbəti mərhələyə qədəm qoyur və daha geniş tələbə kütləsininehtiyaclarını ödəməyə yönlənmişdir.

Corc Vaşinqton Universitetinin professorları Can Korman, TarekƏl-Qəzavi və Rebeka Ha iki universitet arasındakı uğurluəməkdaşlığın tarixçəsindən bəhs ediblər. Onlar tədbiriştirakçılarına magistratura səviyyəsində təklif olunan ikilidiplom proqramları barədə məlumat veriblər. Qonaqlar bildiriblərki, imzalanacaq doktorantura təhsili razılaşması sayəsindəəməkdaşlıq genişlənəcək və bu razılaşmatələbələrin elmi inkişafındaəhəmiyyətli rol oynayacaq.

ADA Universitetinin rektoru Hafiz Paşayev yekun nitqindəvurğulayıb ki, Universitet ilk yaranan gündən elmi-pedaqoji heyətingücləndirilməsi istiqamətində bir sıra işlər aparır. Bu məqsədlə,ADA Universiteti mütəmadi olaraq xaricdə doktorantura təhsili alanAzərbaycanlılarla yaxından işləyirvə elmə maraq göstərən gənclərinnüfuzlu universitetlərdə doktorantura təhsilini dəstəkləyir. Rektorbildirib ki, ADA Universitetində texniki və texnoloji sahədədoktoranturatəhsilinin açılışı da məhz bu məqsədə xidmət edir.Bundan əlavə, o qeyd edib ki, Corc Vaşinqton və Turin PolitexnikUniversitetində də bu sahələrdə doktorantura təhsili almaq imkanıAzərbaycanlı gənclərə yeni akademik keyfiyyətlər qazandıracaq,onların ixtisaslaşmasını və beynəlxalq elmi şəbəkəyə qoşulmasınıtəmin edəcək. Bu, yalnız ADA Universitetinin deyil, bütövlükdəölkəmizin inkişafına fayda verəcək.

Tədbirin əsas məqamlarından biri də ADA Universiteti və CorcVaşinqton Universiteti arasında doktorantura təhsili üzrətərəfdaşlıq müqaviləsinin imzalanması olub. Müqavilənin məqsədiölkəmizdə İnformasiya Texnologiyaları sahəsinin inkişafına töhfəverəcək akademik kadrların yetişdirilməsidir. ADA Universitetinindoktorantura təhsili vasitəsilə yetişdirəcəyi müəllim vətədqiqatçılar beynəlxalq miqyasda ən müsbət təcrübələrəyiyələnəcəklər.

Qeyd edək ki, İnformasiya Texnologiyaları və Kompüter elmləriüzrə doktorantura proqramına ilk qəbul 2025-ci ildən etibarənaparılacaq.

Bu gün təqdimatı keçirilən magistr proqramları vasitəsilə isətələbələr iki il ərzində həm Bakıda, həm Vaşinqtonda təhsil alaraqsonda iki diplom əldə edəcəklər.

ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
29
3
az.trend.az

5Mənbələr