AZ

Ov etmək üçün onlayn icazənin olunmamasının səbəbi açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ovçuluq üçün icazə alanlar üçün əyani müraciət daha asandır".
Oxu.Az xəbər verir ki, bu sözləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva "Ekspert saatı"nda deyib.
Onun sözlərinə görə, gələcək illərdə ov etmək üçün onlayn icazənin tətbiqinin həyata keçirilməsi nəzərdə tutulub:
"Ovçuluq üçün icazə alanların əksəriyyəti regionlardan olan yaşlı insanlardır. Onlar üçün də əyani müraciət elektron müraciətdən daha asandır. Amma təbii ki, onlayn icazənin gələcək illər üçün tətbiqi nəzərdə tutulub. Çünki gənclər arasında buna tələbat var".
A.Babayeva qeyd edib ki, vətəndaşlar onlayn formada icazədən daha çox, "ASAN xidmət" mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verirlər:
"Ovçuluq biletlərinin verilməsi ilə bağlı xidmət 5 saylı "ASAN xidmət" mərkəzində və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının elektron xidmətlər bölməsində bu xidmətin birinci mərhələsi üçün müraciət bölməsi var. İllik statistikaya nəzər salanda görürük ki, elektron formada müraciət çox azdır".
Aygün Mirakif
Seçilən
33
50
oxu.az

10Mənbələr